19 yanvar 2013 16:55
Arif debüt etdi, Rail 90 dəqiqə oynadı, komandaları uduzdu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 18-ci turu çərçivəsində “1461 Trabzon” ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən ən azı bir xal ilə ayrılmağı hədəfləmişdi. Amma futbolçularımızın komandası görüşü məğlubiyyətlə başa vurub.
Bu görüşdə Ariflə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Selahattin Dervent hər iki futbolçumuza start heyətdə yer verib. Rail matçı əvəzedilmədən başa vurub. İsayev isə 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Ariflə Railin komandası 18 oyuna 21 xalla 13-cü yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
18-ci tur
19 yanvar
1461 Trabzon - Denizlispor - 3:0
