19 yanvar 2013 17:45
Neftçi hazırlıqları davam etdirir (FOTOLAR)
“Neftçi”nin əvəzedicilərdən ibarət komandasının təlim məşq toplanışı start götürüb. Azerisport.az xəbər verir ki, komanda gündə 2 dəfə məşq keçir.
Hazırlığa ümumilikdə 28 futbolçu qatılıb. Heyətə “Neftçi”nin aşağı yaş qruplarında çıxış edən bir neçə futbolçu da dəvət edilib. Təlim məşq toplanışı 2 mərhələdən ibarət olacaq. İlk mərhələdə fiziki hazırlığa diqqət yetiriləcək. 2-ci mərhələdə isə əvəzedicilər taktiki-texniki tapşırıqlar üzərində çalışacaqlar.
