19 yanvar 2013 19:53
Rauf Əliyevlə Kamran Ağayevin Bakıda debütü baş tutmadı
Bu gün “Bakı” Antalya toplanışı çərçivəsində ilk sınaq matçını keçirdi. Azerisport.az xəbər verir ki, paytaxt klubu Bolqarıstan “Etır”ı ilə münasibətlərinə aydınlıq gətirdi.
Bu qarşılaşmada baş məşqçi Bojidar Bandoviçin yeni transferlərdən Rauf Əliyevlə Kamran Ağayevə də şans verməsi gözlənilirdi. Amma serbiyalı mütəxəssis onları ehtiyatda saxlamağa qərar verib. O, yığmamızın üzvlərini növbəti qarşılaşmalarda sınamağı planlaşdırır.
Əvəzində Bandoviç yenilərdən Anatoli Stukalova şans verib. Amma onun baxışda olan legionerlər bağlı hansı qərarı verəcəyi hələlik bilinmir.
