19 yanvar 2013 20:48
Bojidar Bandoviç: Kamranla Rauf Bakıda qalacaq
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Bolqarıstanın “Etır” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Oyundan razıyam. Onu da nəzərə almaq lazımdı ki, futbolçular məşqlərdə çox yüklənirlər. Hər hissəyə fərqli heyətləri də ona görə çıxardım ki, bütün futbolçularımızı sınaya bilim. Rauf Əliyevə gəlincə, o, fiziki cəhətdən hələ çox zəifdi. Bunu testlərin nəticələri də göstərdi. Ona görə də, Əliyevi bu gün meydana buraxmadım. Amma həm Rauf, həm də Kamran Ağayev komandada qalacaq”.