20 yanvar 2013 00:11

Bakı Bolqarıstan klubuna qarşı hansı heyətlə mübarizə aparıb?

Xəbər verdiyimiz kimi, Antalyada təlim-məşq toplanışında olan “Bakı” hazırlığın 5-ci günü ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə 17.30) başlanan qarşılaşmada rəqib Bolqarıstanın "Etir" klubu idi.
 
"Zolaqlılar" “Rixos Premium” otelinin meydanında baş tutan oyuna bu heyətlə çıxıb: Edin Nuredineski, İbrahim Karqbo, Denis İvanov, Elşad Manafov, Anatoli Stukalov, Elvin Əliyev, Junior Xavyer, Aleksandar Şoliç, Novruz Məmmədov, Əziz Quliyev, Nurlan Novruzov.
 
Oyun qarşılıqlı hücumlarla başlayıb. Bolqarısatn təmsilçisi ilk hücumların birində hesabı açmağa müvəffəq olub. Bu, qarşılaşmanın 15-ci dəqiqəsinə təsadüf edib. Tədricən, hücumlarının kəsərini artıran “Bakı” 38-ci dəqiqədə bu qolun cavabını verib. Nurlan Novruzov cavab qolunu vurub. İlk hissə bu hesabla başa çatıb.
 
İkinci yarıda komandanın baş məşqçisi Bojidar Bandoviç meydana tamamailə yeni heyət buraxıb.  Start heyətindən Yalnız Nuredineski oyuna davam edib. Fasilədən sonra Edemir Rodriqes, Aqil Nəbiyev, Şəhriyar Əliyev, George Popxadze, Asani, Tural Qürbətov, Deyvidas Çesnauski, Novruz Məmmədov, Rəhman Hacıyev və Ramazan Abbasov oyuna qoşulublar.
 
Komandamızın cəhdlərinə və əldə etdiyi qol imkanlarına baxmayaraq ikinci hissədə hesab dəyişməyib və "Bakı" ilk yoxlama oyununu 1:1 hesablı bərabərliklə başa vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.