20 yanvar 2013 00:15
Kəpəz 2013-cü ilə məğlubiyyət ilə başladı
Hazırlığını Bakıda davam etdirən "Kəpəz" cari ildə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Gəncə klubu yoxlama görüşü çərçivəsində paytaxtın "Qaradağ Lökbatan" klubu ilə qarşılaşıb.
"Dalğa Arena"da baş tutan qarşılaşmanın start fiti saat 14:00-da səslənib. Oyunu Ceyhun Haşımovun başçılıq etdiyi hakimlər briqadası idarə edib. İlk yarıda bir dəfə fərqlənən rəqib oyunun fasilədən sonrakı hissəsində daha iki dəfə “Kəpəz”in qapısına yol tapıb. Gəncəlilər isə təsəlli qolu ilə kifayətləniblər. Hesab arasındakı fərqi ikinci yarıda "Kəpəz"də baxışda olan Vlad Serebryakov azaldıb. O, 11 metrlik cərimə zərbəsindən aşağı divizion klubunun torunu sirkələyib - 1:3.
