20 yanvar 2013 00:19
Gəncə klubunda yeni məşqçi
“Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi postunun Mehman Hacıyevə təhvil verilməsindən sonra Xaliq Mərdanovun işsiz günləri çox çəkməyib. Azerisport.az xəbər verir ki, məşqçi Gəncənin aşağı divizion təmsilçisi olan "Tərəqqi"dən təklif alıb.
Dəvəti müsbət qarşılayan Mərdanov komandada baş məşqçi Vasif Vəliyevin köməkçisi vəzifəsində çalışacaq.
