20 yanvar 2013 01:16

“Nəticə mənim üçün o qədər də vacib deyildi”

“İnter”in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev “Rəvan”la keçirilən yoxlama qarşılaşmasını şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları dilə gətirib:
 
“Bu oyunda nəticə mənim üçün o qədər də vacib deyildi. Artıq 2 həftədir məşq edirik və uşaqların məşqlərdən sonra hansı vəziyyətdə olduqlarını öyrənmək vacib idi. Hazırda biz əsasən 1996-cı və 1997-vi il təvəllüdlü futbolçuların çıxış edəcəyi yeni komanda formalaşdırırıq.
 
“Rəvan”la oyuna futbolçular böyük yükləmələr fonunda yanaşmışdılar və bu oyuna tam hazır deyildilər. Bunu bilərək oyunun gedişində bir neçə əvəzləməl etdik. Bəli, futbolçular hələlik fiziki və funksional hazır deyil, anca biz bu çatışmazlığı aradan qaldıracağıq. O ki qaldı futbolçuların topla oynamalarına, bu planda bizim davranışlarımız xoşuma gəldi. Uşaqlar top yaxşı saxlayırdılar, topu savadlı idarə edirdilər və düşünərək irəliyə oynayırdılar.
 
Bundan başqa, unutmaq lazım deyil ki, oyunda U-17 komandasının heyətində Türkiyəyə toplanışa yollanacaq 9 futbolçumuz yox idi. Bir neçə futbolçumuz da hazırda əsas komandayla Türkiyədə keçirilən toplanışdadır.
 
Bir daha təkrar edirəm ki, biz yeni komanda qururuq. İlk zamanlar çətin olacaq, lakin mən hesab edirəm ki, bu komanda daha güclü ola bilər. “İnter” Uşaq-Gənclər Futbol Məktəbindən bir neçə yeni futbolçunu cəlb etmişik, bundan əlavə, komandaya bir nəfər olmaqla Gəncə və Qazaxdan futbolçu dəvət etmişik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.