20 yanvar 2013 00:14

“Aqil Nəbiyevin Bakının ən yaxşı transferi olduğunu deyə bilmərəm”

“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç azerisport.az saytına müsahibəsində komandasının Antalya toplanışından danışıb, Bolqarıstan “Etır”ı ilə sınaq matçını dəyərləndirib, yeni transferlərlə bağlı fikirlərini açıqlayıb.

“Mən oyunumuzdan razıyam. Nəzərə almaq lazımdı ki, futbolçularımız məşqlərdə çox yüklənirlər. Hər hissəyə fərqli heyətlər çıxarmaq bütün futbolçuları yoxlamaq istədim. Komandada gənc futbolçular var. Onlara özlərini göstərmək şansı vermək lazımdı. Əminəm ki, onlar inkişaf etdikcə, daha da faydalı olacaqlar. Bütövlükdə, birinci hissədəki çıxışımız daha yaxşı alındı”.

Bandoviç yoxlama oyunlarındakı rəqiblərinin səviyyəsindən razı olduğunu da dilə gətirib: “Biz burda daha bir neçə komanda ilə qarşılaşacağıq. Onlar arasında seçim aparmaq çox çətin idi. Yanvarın 28-də Bakıya qayıtmalıyıq. Hazırlıqların ikinci mərhələsi məhz Bakıda başlayacaq. Bakıda da bir yoxlama oyunu keçirmək istərdik”.
 
Bandoviç yoxlamaqda olduğu futbolçulardan da danışıb: “Hazırda biz Bujamin Asanini sınaqdan keçiririk. O, əvvəllər “Kəpəz”də çıxış edirdi. Anatoli Stukalov da baxışdadı. Onlar hələlik üç gündü hazırlıqlarımıza qatılırlar. Belə qısa müddətdə onlara qiymət vermək çətindi”.
 
“Zolaqlılar”ın çalışdırıcısı yeni transferlərdən – Rauf Əliyev və Kamran Ağayevdən də danışıb: “Raufla Kamran yığmanın oyunçularıdı. Amma testlər göstərdi ki, Əliyev fiziki cəhətdən hələ zəifdi. Ona görə də bu oyunda ona şans vermədim. Ağayev də uzun müddətdi oyun təcrübəsindən məhrumdu. Ona da hələ vaxt lazımdı ki, əvvəlki formasını bərpa edə bilsin”.
 
Serbiyalı mütəxəssis onu da bəyan edib ki, Əliyevlə Ağayevi komandada görməyi o, özü istəyib: “Mən onların komandamızda olmasını istəyirəm. Artıq özləri ilə də danışmışam və başa salmışam ki, onlar gələcəkdə mənə lazımdılar”.
 
Bandoviç digər yeni transfer – Aqil Nəbiyevdən də danışıb: “Ondan razıyam. Bu üzdən hətta kapitan sarğısını da Aqilə verdim. Mümkündü ki, o, elə bizim gələcək kapitanımız olsun. Amma Nəbiyevin ən yaxşı transferimiz olduğunu deməzdim”.
 
Serbiyalı çalışdırıcı digər planlardan da danışıb: “İndi transfer məsələləri ilə məşğul olmaq çox çətindi. Çünki sərbəst qalan oyunçular demək olar ki, yoxdu. İyun ayında isə daha çox futbolçu tapmaq olur”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.