19 yanvar 2013 11:25
Kurban Berdıyev Ruslan Abışovun Rubinə keçidinə razılaşdı
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışovun komandasına keçidinə razılaşıb. Azerisport.az xəbər verir ki, yaxın günlərdə həmyerlimiz Kazan klubu ilə rəsmi müqavilə imzalayacaq.
Lakin bundan öncə Abışovun tibbi müayinədən keçməsi planlaşdırılıb. Bu, ya Rusiyada, ya da Almaniyada baş tutacaq. Hazırda isə komanda Türkiyədə təlim-məşq toplanışındadı.
Qeyd edək ki, tərəflərin 2,5 illik müqavilə bağlaması gözlənilir.
