19 yanvar 2013 12:05
Qəbələ Portuqaliyada oyunçu axtarır
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Portuqaliyaya gedib. Azerisport.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizovla səfərə çıxan gənc mütəxəssis sözügedən ölkədə yeni futbolçuları gözaltı etməkdədi.
Onlar “Beyra Mar” klubunun “Sporting”lə səfər matçını izləyəcəklər. Çünki qonaqların heyətində “Qəbələ”nin almaq istədiyi iki futbolçu var. Onları iş başında izləyəcək baş məşqçi razılıq versə, klub rəhbərliyi həmin futbolçuları heyətinə qatmaq üçün işə girişəcək.
Qeyd edək ki, “Qəbələ” bütövlükdə 4 futbolçu ilə güclənməyi planlaşdırır.
