20 yanvar 2013 00:27
Branimir Subaşiç Qarabağa keçir
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç kayrerasını “Qarabağ”da davam etdirəcək. Azerisport.az xəbər verir ki, millimizin forvardı artıq ötən axşam Ağdam klubunun Antalya toplanışına qoşulub.
Tərəflərin tezliklə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Subaşiç son dövrlərə qədər “Xəzər Lənkəran”da çıxış edirdi. Bu qış müqaviləsinin müddəti başa çatdığı üçün cənub klubundan ayrılan serb əsilli futbolçumuz vaxtilə “Neftçi” və “Qəbələ”də də çıxış edib.
