19 yanvar 2013 12:31
Kamran Ağayev XL-dan rəsmən ayrıldı
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev “Xəzər Lənkəran”la yollarını tam ayırıb. Azerisport.az xəbər verir ki, onu heyətinə qatmağa hazırlaşan “Bakı” futbolçunun transfer məbləğini ödəyib.
Ağayev də öz növbəsində “Xəzər Lənkəran”ın istədiyi məbləği ödəyərək, transfer vərəqini alıb. Beləliklə, cənub klubundan tam ayrılan futbolçunun “zolaqlılar”la müqavilə bağlmasına heç bir əngəl qalmayıb.
Lakin “Bakı”nın Ağayevlə rəsmi müqaviləni Antalya toplanışını başa vurduqdan sonra imzalaması gözlənilir.
