19 yanvar 2013 12:52

Qurban Qurbanov: Hacıyev kimi, mən də prinsipial məşqçiyəm

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində yeni futbolçulardan, çempionatdan və avrokuboklara vəsiqə qazanmaq şanslarından danışıb.
 
- “Qarabağ”ın ispaniyalı hücumçu sınadığı bildirilir...
- Elədi. Manuel Bleda Rodriqes artıq iki məşqə çıxıb. Amma mən hələ onun durumu haqda danışmaq istəmirəm. Bir neçə yoldaşlıq oyunu keçirəndən sonra hər şey aydınlaşacaq.
 
- Artıq iki futbolçu almısız – Torres və Musazadə. Daha neçə oyunçu almaq istəyirsiz?
- Daha 4-5 oyunçu almalıyıq.
 
- Belə görünür ki, “Qarabağ” heyətini ciddi şəkildə gücləndirməklə ancaq çempionluğa oynamağı düşünür...
- Burda söhbət təkcə qarşıya qoyulan hədəflərdən getmir. Sadəcə, komandanın vəziyyəti güclənməyimizi tələb edir. Nəzərə alın ki, daha beş futbolçunun alınması bizim çempion olacağımıza zəmanət verə bilməz.

 
- Bəs bu, nəyin zəmanəti ola bilər?
- Ən azı yaxşı balanslaşdırılmış komanda formalaşdıra bilərik. İndi 25 futbolçumuz var. Daha bir neçə oyunçu aldıqdan sonra rahat işləmək mümkün olacaq.
 
- Çempionatın bərpasına çox az qalsa da, digər klublarımız kimi, siz də hələ heyəti tam formalaşdıra bilməmisiz...
- Əfsuslar olsun ki, keyfiyyətli futbolçu tapmaq çətindi. Digər tərəfdən vaxt da çox azdı. Yaxşı oyunçunu tapmaq üçün onu bütün mövsüm boyu izləmək lazımdı.
 
- Yəqin ki, Rauf Əliyevin yerinə yaxşı hücumçu almaq istəyirsiz...
- Əlbəttə, ön xəttdəki problemləri həll etmək haqda düşünürük.
 
- “Qarabağ”ın öz oyun üslubunu dəyişməkdə olduğu hiss olunur...
- Bəli. Komandamız artıq Sadiqovla Adamiyanın dövrü ilə müqayisədə fərqli üslubda oynayır. Bəzi matçlarımız oldu ki, çox zəif oynadıq. Amma getdikcə özümüzə gəlirik.

- Belə bir fikir var ki, çempionluq uğrunda mübarizə sadəcə “Neftçi”, “Qarabağ” və “İnter” arasında gedəcək...
- Mən bununla razı deyiləm. İlk altılığa düşəcək bütün klublar bizim ilk pilləni tutmağımıza mane ola bilər. Sadəcə “Bakı”nın şansları bir qədər azdı. Çünki çox xal itiriblər. Altılıqdakı bütün komandalara çətin olacaq.
 
- Böyükağa Hacıyev bəyan edib ki, əgər “Neftçi” çempion olmasa bu, “İnter” və “Qarabağ”ın daha güclü olmasına görə yox, kənar qüvvələrin təsiri nəticəsində baş tuta bilər...
- Əgər təcrübəni əsas götürsək, “Neftçi” çempion olmalıdı. Onlar son iki mövsümdə çempion olublar və bunu necə etmək lazım olduğunu bilirlər. Hacıyev həmişə səs-küylü açıqlamalar verir. Çünki prinsipial məşqçidi. Amma mən də prinsipial məşqçiyəm. Ötən mövsüm mən çox analizlər apardım və sonda “Neftçi”yə niyə uduzduğumuzun səbəblərini tapdım. Ona görə də bu mövsüm onları iki dəfə məğlub edə bildik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.