19 yanvar 2013 13:19
FIFA və AFFA prezidentləri arasında görüş keçirilib
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. Görüşlə bağlı ətraflı məlumat isə qarşıdakı günlərdə açıqlanacaq.
