19 yanvar 2013 13:35
Azərbaycan klublarının oyunları təxirə salına bilər
Bu gün Azərbaycan klublarının Türkiyənin Antalya şəhərində, xüsusilə də Belek bölgəsində keçirilməsi planlaşdırılan yoxlama oyunlarının hamısı təxirə salına bilər. Azerisport.az xəbər verir ki, buna kəskin hava şəraiti səbəb göstərilir.
Məsələ burasındadı ki, Türkiyənin turizm bölgəsində hazırda güclü küləklə müşaiyət olunan leysan yağışları müşahidə olunmaqdadı. Yağış qısa zamanda kəsməsə, güman ki, bütün görüşlər təxirə salınacaq. Qeyd edək ki, burda beş klubumuzun iştirakı ilə yoxlama oyunları keçirilməlidi.
Xatırladaq ki, eyni səbəb ucbatından dünən “İnter”in də yoxlama oyunu keçirmək istəyi baş tutmamışdı.
