20 yanvar 2013 01:46
“Neftçi bizdən daha sürətli idi” (VİDEO)
Türkiyənin Antalya şəhərində keçirilən “Neftçi” - “Rotor” matçından sonra Rusiya təmsilçisinin baş məşqçisi Valeri Burlaçenko qarşılaşma barədə danışıb. Azərbaycan klubunun rəsmi saytına açıqlamasında o, bunları dilə gətirib:
“Görünürdü ki, rəqib komanda bizdən daha hazırlıqlıdı. Öz komandamdan razıyam. Əlimizdən gələni nümayiş etdirdik. Təbii ki, uduzduğumuza görə təəssüflənirik. Qarşıda görəcəyimiz çox işlər var. Oyuna gəlincə isə “Neftçi” bizdən daha sürətli idi. Rəqib top saxladığı zaman çətinlik çəkirdik və müdafiədən çıxa bilmirdik. Ümumilikdə oyun şəkli aydındır və bu gün üçün tam obyektivdi”.
