20 yanvar 2013 01:50
Böyükağa Hacıyev: Nasimov ənənəsini pozmadı (VİDEO)
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Rotor”la oyundan sonra klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:
“Təlim-məşq toplanışında ilk oyunumuzu Rusiyanın “Rotor” komandasına qarşı keçirdik. Belə desək oyun pis təsir bağışlamadı, bir həftəlik hazırlıq fonunda futbolçuların funksional hazırlığı göz qabağında idi. İndiki halda bundan artığını da tələb etmək olmaz. Oyunun başa çatmasına 25 dəqiqə qalmış Bahodir Nasimovu meydana buraxdıq və o da ənənəsini pozmayaraq bizə lazım olan qolu vurdu. Vobayın da gözəl ötürməsini qeyd etmək lazımdır. Ümumiyyətlə komandanın hazırlığından razıyam. Məşqlərimiz davam edir. Sabahdan etibarən komanda gündə 3 dəfə məşq edəcək. Fikirləşirəm ki, hazırlıq mərhələsinin sonuna kimi komandanı tam hazırlaya biləcəyik”.
