20 yanvar 2013 02:09

Xəzər Lənkəranın yeni ildəki ilk matçında nələr baş verdi?

Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" Antalya qış təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq oyununu keçirdi. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın ilk rəqibi Qazaxıstanın yüksək liqa təmsilçisi "Jetisu" klubu oldu.
 
Futbolçular 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhidlərimizi yad etmə əlaməti kimi meydançaya qollarında qara sarğı ilə çıxdılar.
 
"Jetisu"nun qarşısına aşağıdakı heyət çıxdı: Orxan Sadıqlı, Elnur Allahverdiyev, Vanderson Skarduelli, Alvaro Silva, Manuel Skarlatake, Elnur Abdullayev, Rahid Əmirquliyev, Kamran Abdullazadə, Uğur Pamuk, Adrian Pit və Gökhan Güleç. 
 
Qeyd etmək lazımdır ki, məşqçi korpusu bu oyunda yeni futbolçuları sınağa çəkmək və komandanı güclü rəqibə qarşı oynadaraq heyətimizi fiziki baxımdan yükləmək məqsədi güdürdü ki, bu da alındı. İlk hissədə üstün olan Qazaxıstan klubu komandamıza kifayət qədər problemlər yaratdı. 22-ci dəqiqədə isə "Jetisu"nun futbolçuları sürətli əks hücum quraraq hesabı açdılar. Belə ki, qapıçı Orxan Sadıqlı ilk zərbəni dəf etsə də, təkrar zərbənin qarşısını ala bilmədi - 0:1. 
 
"Xəzər Lənkəran"ın yaratdığı ilk təhlükəli epizod isə oyunun 30-cu dəqiqəsinə təsadüf etdi: oyundaşları Gökhan Güleçi demək olar ki, rəqib qapıçısı ilə təkbətək çıxardılar. Ancaq türkiyəli hücumçu topu özündə çox saxlayaraq imkanı əldən verdi. Həmin vəziyyət 32-ci dəqiqədə də yaşandı, ancaq bu dəfə top Güleçdən Pitə qayıtdı. Sonuncu isə 20-25 metrlik məsafədən topu fantastik zərbə ilə rəqib qapısına göndərdi - 1:1. 
 
Bu zaman baş məşqçi heyətdə dəyişiklik etdi: Uğur Pamuk, Kamran Abdullazadə və Elnur Allahverdiyevin yerinə meydana Roberto Alviz, Elnur Cəfərov və İvan Deniseviç çıxdı.
 
36-cı dəqiqədə Skarlatake sol cinahla irəliləyərək "Jetisu"nun oyunçularına həyəcan yaşatdı. Ancaq onun cərimə meydançasına etdiyi ötürməsinə komanda yoldaşlarından heç kim yetişə bilmədi.
 
İkinci hissəyə daha fəal və çevik başlayan "Xəzər Lənkəran" meydançaya fərqli heyətlə çıxdı. Belə ki, Orxanın yerinə qapıda yeni transfer İvan Çoviç durdu, Skarlatake və Skarduelli isə yerlərini yenidən Elnur Allahverdiyevə və Uğur Pamuka verdilər. Maraqlı məqamlardan biri ondan ibarət idi ki, bu dəfə məşqçi Rahidi müdafiəyə çəkdi. Daha sonra, 70-ci dəqiqədə Skarlatake, Vanderson və Güleç meydançada Piti, Əmirquliyevi və Abdullayevi əvəzlədilər.
 
Oyunun sonunacan tərəflər qarşılıqlı olaraq bir neçə dəfə hücum qurmağa çalışdılar. Ancaq bu, bir nəticə vermədi və hesab dəyişməz qaldı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.