20 yanvar 2013 02:42
Qurban Qurbanov: İlk yoxlama oyununda qol vurmaq hər şeyi həll etmir
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə toplanışı çərçivəsində Rusiyanın “Ural” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:2 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
“İlk oyun üçün pis deyildi. Əlbəttə, hələ çatışmazlıqlar var. İspaniyalı yeni hücumçu – Manuel Bledanın yaxşı potensialı var. Hiss olunur ki, İspaniya səviyyəsidi. Amma onun komandada qalıb-qalmayacağını demək hələ tezdi. Komandanın digər yeni futbolçularına gəlincə, Tural Bilallı və Elvin Musazadənin qol vurmasına sevindim. Lakin bu, onların əsas heyət oyunçularımız olacağı anlamına gəlmir. İlk yoxlama oyununda qol vurmaq hər şeyi həll etmir. Onlara yenə şans verəcəm”.