19 yanvar 2013 15:37
“Kristian Torresin Qarabağı gücləndirəcəyinə əmin deyiləm”
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov azerisport.az saytına müsahibəsində komandasının hazırlıqlarından, transfer planlarından danışıb.
- Adətən istirahətdən sonra futbolçularda artıq çəki olur. Bu planda “Qəbələ”də vəziyyət necədi?
- Bəzi futbolçularda həqiqətən belə problemlər var idi. Amma onlar öz üzərlərində səylə çalışırlar. Əvvəlki formalarını bərpa etmək üçün işləyirlər. Ad çəkməyəcəm. Onlar hansılardısa, özləri yaxşı bilirlər.

- Nə qədər oyunçu almaq istəyirsiz?
- Dörd futbolçu almağı planlaşdırmışıq. “Qəbələ”yə güclənmək lazımdı ki, fevralda daha yaxşı təsir bağışlayaq. Hər şey potensial rəqiblərimizdən asılıdı. Çünki yeni futbolçularımızı məhz onlarla yoxlama görüşlərində sınaqdan keçirəcəyik.

- Adlarını açıqlaya bilərsiz?
- Bu məsələlərlə Zaur Əzizov məşğul olur. Transfer məsələləri ona həvalə olunub. Hələ transferlər gerçəkləşmədən ad çəkmək qətiyyən düzgün olmazdı.

- Yenilər arasında yerli futbolçular da olacaq?
- Hansısa yerli futbolçunun qışda komanda dəyişmək istədiyini düşünmürəm. Lakin buna baxmayaraq, artıq Ceyhun Sultanovu heyətə qatmışıq. Ona böyük ümidlər bəsləyirik.

- Kristian Torres “Qəbələ”dən niyə ayrıldı?
- Bu haqda danışmaq istəmirəm. Gəlin “Qəbələ”nin futbolçularından danışaq. Bir şeyi deyə bilərəm. Torres vaxtilə komandamızda hər cür hörməti görüb. Ona uğurlar arzulayıram.

- Onun “Qəbələ” ilə müqaviləsi qalırdı?
- Bundan xəbərim yoxdu. Amma bir şeyi deyə bilərəm ki, Torresin “Qarabağ”ı gücləndirəcəyinə əmin deyiləm. Onun vaxtilə “Qəbələ”ni niyə tərk etdiyini də bilmirəm. Halbuki, bizdə futbolçular üçün hər cür şərait yaradılıb.

- Yoxlama oyunlarında nəticə sizin üçün önəmlidi?
- Mənə yalnız futbolçularımın bu oyunlarda necə təsir bağışlaması vacibdi. Ötürmələr, taktika, fiziki hazırlıq, qol vurmağımız çox önəmlidi. Biz çempionata hazır olmaq istəyirik. Çünki qarşıda bizi çətin oyunlar gözləyir.

- “Qəbələ”nin ilk altılığa düşmək şansları barədə nə deyə bilərsiz?
- Hələ heç nəyə aydınlıq gəlməyib. İlk altılığa düşmək üçün xeyli klub mübarizə aparır. Onlar da bizim kimi, mübarizəni sonadək davam etdirəcəklər. Buna çalışırıq. Fərqli nəticə haqda düşünmürük də.