19 yanvar 2013 16:35
Xəzər Lənkərana daha iki futbolçu qoşuldu
Sadio Tounkara və Kazım Kazımlı Antalyada təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran"a qoşulublar. Azerisport.az xəbər verir ki, bu gün yerli vaxtla 13:30-da hər iki futbolçu komandasının məskunlaşdığı “Ela Quality Resort” otelinə çatıb.
Sadionun toplanışa gecikməsi onun Mali millisinin düşərgəsinə çağırılması ilə bağlı idisə, Kazım şəxsi problemlərlə əlaqədar üzrlü səbələrdən bir qədər gecikmiş oldu.
Beləliklə, bu günə düşərgədə olan futbolçuların sayı 19-a çatdı.
