20 yanvar 2013 11:29
Xəzər Lənkəranın rəqibləri bəlli oldu
Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın növbəti yoldaşlıq oyunları üzrə rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, yanvarın 19-da Qazaxıstanın "Jetisu" klubu ilə görüşən komanda ayın 22-də Ukraynanın "Krivbass" klubuna qarşı oynayacaq.
Yanvarın 26-da "Xəzər Lənkəran" Rumıniyanın "Timişoara", yanvarın 30-da isə Moldovanın "Zimbru" komandaları ilə qarşılaşacaq.
Toplanış çərçivəsində son oyun fevralın 2-də nəzərdə tutulub, ancaq rəqib hələ məlum deyil.
