20 yanvar 2013 11:57
Bahodir Nasimov: Bu, mənim üçün əlavə stimul oldu
“Neftçi”nin hücumçusu Bahodir Nasimov Türkiyə toplanışı çərçivəsində keçirilən Rusiya “Rotor”u ilə oyun sonrası fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları dilə gətirib:
“İlk olaraq onu deyim ki, yaşıl meydana qayıtdığıma görə sevinirəm. Komanda rəhbərliyinin və yoldaşlarımın dəstəyi ilə çətin günləri arxada qoydum. “Rotor”la oyun maraqlı keçdi. Matçdakı təhlükəli vəziyyətlərin çoxu rəqib qapısı ağzında yarandı. Nəticədə qələbə qazandıq. Komandanın qələbə qolunu vurmağım isə mənim üçün əlavə stimul oldu. Vobayın ötürməsindən sonra mənə başla topa toxunmaq qaldı. Bundan sonra hər matçda meydana çıxıb komandamızın qələbəsində pay sahibi olmaq istəyirəm”.
