20 yanvar 2013 12:31
Azərbaycanlı hakimlər Almaniya və Rusiya klublarının oyunlarında
Azərbaycanın futbol hakimləri Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün daha iki oyun idarə edəcəklər. Azerisport.az xəbər verir ki, həmin oyunlarda baş hakim funksiyasını Anar Salmanovla Elvin Əsgərov yerinə yetirəcək.
Salmanovun Xorvatiya “Osijek”i ilə Almaniya “Duisburg”u arasındakı qarşılaşmada fit çalacaq. Əsgərov isə Qazaxıstanın “Akjayik” klubu ilə Moskva “Spartak”ının ikinci heyətinin görüşündə ədaləti qorumağa çalışacaq.
