21 yanvar 2013 01:30

Kristian Pulhak: Skarlatake mənim Azərbaycana daha tez uyğunlaşmağıma kömək edəcək

“Qəbələ”nin müqavilə bağlamaq istədiyi rumıniyalı müdafiəçi Kristian Pulhak Azərbaycan klubuna keçidi barədə danışıb. Azerisport.az xəbər verir ki, Buxarest “Dinamo”sunun cinah müdafiəçisi öncə bunları dilə gətirib:

“Mən “Dinamo”dan ayrıldım. Çünki bu klubun pulu yox idi. Amma bu komanda həmişə mənim qəlbimdə qalacaq. Azərbaycana gedirəm. Ümid edirəm ki, yeni komandamda hər şey yaxşı olacaq”.

Futbolçu etiraf edib ki, hazırda “Qəbələ” və ölkəmiz barədə məlumat toplayır: “Mən “Qəbələ” barədə ətraflı məlumat toplamağa çalışıram. Yaxşıdı ki, keçmiş komanda yoldaşım Adrian Skarlatake “Xəzər Lənkəran”da çıxış edir. Biz bir-birimizlə yaxınıq, danışırıq. Fikrimcə, bu, yeni ölkəyə daha tez uyğunlaşmağıma kömək edəcək”.
 
Qeyd edək ki, Pulhak “Qəbələ” ilə iki illik müqavilə bağlayacaq. O, ilinə 200 min dollar qazanacaq. “Dinamo”nun isə onu pulsuz buraxacağı bildirilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.