21 yanvar 2013 01:46
Bakes ispan müdafiəçini bəyəndi
Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” Türkiyə toplanışı çərçivəsində iki legioner futbolçu sınayır. Azerisport.az xəbər verir ki, bunlar ispaniyalı Alvaro Silva və belaruslu İvan Deniseviçdi.
Qeyd edək ki, baş məşqçi Karles Bakes onları Qazaxıstanın “Jetısu” klubu ilə görüşdə də sınamışdı. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, Bakes həmyerlisi Alvarodan razı qalıb. Baş məşqçi onunla müqavilə bağlamağın əleyhinə deyil.
Amma Deniseviç hələ özünü göstərməlidi. Baş məşqçi onu növbəti yoxlama oyunlarında da sınaqdan keçirməlidi.
