20 yanvar 2013 14:05
Qəbələnin Portuqaliyadan futbolçu almaq istəyi baş tutmadı
Xəbər verdiyimiz kimi, “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov yeni futbolçular tapmaq məqsədi ilə Portuqaliyaya gedib. Azerisport.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizovla birgə “Beyra Mar” klubunun bəzi futbolçuları ilə maraqlanan mütəxəssis istəyinə çata bilməyib.
Belə ki, tərəflər bu komandanın “Sporting”lə səfər matçından sonra həmin oyunçularla danışıqlar aparsalar da, maliyyə məsələlərində razılığa gələ bilməyiblər.
