20 yanvar 2013 14:29
Vüqar Nadirov: Yayda xaricə getmək istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- “Qarabağ” Türkiyə toplanışına Rusiya “Ural”ı üzərində qələbə (3:2) ilə başladı. Oyun yadınızda necə qaldı?
- Etiraf edim ki, mən daha çətin oyun gözləyirdim. Amma oyun maraqlı alındı. Komandamıza məşqlərdə çox ağırdı. Mən ilk hissədə meydanda oldum. Qollar vurduq, üstünlük bizdə idi. Şadam ki, ilk oyunumuzdan qalib ayrıldıq.

- Rauf Əliyevsiz hücum xəttiniz necə görünürdü?
- Normal. Mən onunla yaxşı anlaşırdım. Rauf taran tipli hücumçudu. Ola bilsin ki, son dövrlər o, sadəcə qol vurmaq üçün az şans əldə edirdi.

- Bundan sonra sizin əsas heyət oyunçusuna çevriləcəyinizi gözləmək olar?
- Bu, mənim üçün prinsipial deyil. Əsas oynamaq və qol vurmaqdı. Qalan hər şeyə baş məşqçi qərar verir.

- Çempionluq şansınız barədə nə düşünürsüz?
- Birinci yeri tutmaq üçün daha çox çalışmaq lazımdı. Fiziki formamzın yaxşı olması daha vacibdi. Rəqiblərimiz haqda heç nə demək istəmirəm. İlk altılığa düşəcək bütün klublar medallar uğrunda mübarizə aparacaqlar.

- “Qarabağ”ı son dövrlərdə Rəşad Sadıqov, Rauf Əliyev kimi aparıcı futbolçular tərk edib. Ola bilər ki, üçüncü siz olasız?
- Maya qədər klubla müqaviləm var. Ondan sonra isə hər şey ola bilər.

- Hansı klubumuza keçmək istərdiniz?
- Mən xaricdə oynamaq istəyirəm.
- Mən xaricdə oynamaq istəyirəm.
- Gec deyil ki?
- Xeyr. Legioner olmaq heç vaxt gec deyil.

- Yanvarın 29-da Dubayda millinin toplanışı başlayacaq. Berti Foqts sizi də dəvət edib...
- Əgər çağırılmışıqsa, getməliyik. Qarşıda bizi Özbəkistan və Lixtenşteynlə oyunlar da gözləyir. Hər iki rəqibimiz güclüdü. Amma biz onlarla oyunda ancaq qələbəyə oynayacağıq.