20 yanvar 2013 14:35
Emin İmaməliyev Qəbələdə
Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu Emin İmaməliyev özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bundan sonra karyerasını “Qəbələ”də davam etdirəcək.
Artıq İmaməliyev bu gün yeni komandası ilə birgə Antalyaya yollanıb. Hələlik tərəflərin hansı müddətə müqavilə bağlaması dəqiq bilinmir.
Qeyd edək ki, müqavilə ilə “Qarabağ”a məxsus olan Emin mövsümün ilk yarısını “Kəpəz”də keçirmişdi.
