21 yanvar 2013 02:24
Afrika Millətlər Kuboku: İlk qələbə Maliyə qismət oldu
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin ikinci oyun günündə B qrupu çərçivəsində iki oyun baş tutub.
Qana Konqo Demokratik Respublikası millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsində 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
Qana Konqo Demokratik Respublikası millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsində 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
Günün digər oyununda isə Mali Nigerlə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə Mali yığması minimal hesablı qələbəyə sevinən tərəf olub.
Qeyd edək ki, üçüncü oyun günündə C qrupu çərçivəsində Zambiya Efiopiya, Nigeriya isə Burkina Faso ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
B qrupu
20 yanvar
Qana – Konqo DR – 2:2
Mali – Niger – 1:0
