21 yanvar 2013 03:02
Neftçi Çili yığmasının üzvünü sınayır (FOTO)
Azərbaycan çempionu “Neftçi” yeni futbolçu sınayır. Azerisport.az xəbər verir ki, bu, çilili yarımmüdafiəçi Xose Luis Qabiondu.
29 yaşlı dayaq yarımmüdafiəçisi məşqlərdə iştirak etməklə yanaşı, artıq Rusiya “Rotor”u ilə sınaq matçında meydana çıxmaq şansı da qazanıb. Amma onun komandada qalıb-qalmayacağına qarşıdakı günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Qabion Çilinin “Kolo-Kolo” klubuna məxsus olsa da, son mövsümü icarə əsasında bu ölkənin “Everton”, “Santyaqo Morninq” və “Kobresal” klublarında keçirib. Onun Çili yığmasında altı oyun keçirdiyini də qeyd edək.