21 yanvar 2013 03:15
Xəzər Lənkəran üç gün öncə müqavilə bağladığı futbolçu ilə yollarını ayırdı
“Xəzər Lənkəran” xorvatiyalı qapıçı İvan Çoviçlə yolları ayırmağa qərar verib. Azerisport.az xəbər verir ki, belə gözlənilməz qərara onun Qazaxıstanın “Jetısu” klubu ilə sınaq matçında yol verdiyi kobud səhv səbəb olub.
1:1 hesabıyla başa çatan həmin oyunda buraxılan qol Çoviçin “Xəzər Lənkəran” karyerasının cəmi üç günə yekunlaşması ilə nəticələnib.
Qeyd edək ki, Çoviç cəmi bir neçə gün öncə cənub klubu ilə müqavilə imzalamışdı. Artıq “ağ-yaşıllar” yeni qapıçı axtarışlarına başlayıblar.
Qeyd edək ki, Çoviç cəmi bir neçə gün öncə cənub klubu ilə müqavilə imzalamışdı. Artıq “ağ-yaşıllar” yeni qapıçı axtarışlarına başlayıblar.
