21 yanvar 2013 17:28
Kurban Berdıyev: Rubin Azərbaycandan daha bir futbolçu alacaq
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev bəyan edib ki, Tatarıstan təmsilçisi daha bir azərbaycanlı futbolçu alacaq. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz kifayət qədər uzun müddətdi ki, Azərbaycandan daha bir futbolçunu yaxından izləyirik. Əgər hər şey qaydasında getsə, “Rubin” onu da alacaq.
“Biz kifayət qədər uzun müddətdi ki, Azərbaycandan daha bir futbolçunu yaxından izləyirik. Əgər hər şey qaydasında getsə, “Rubin” onu da alacaq.
Qeyd edək ki, “Rubin” artıq yığmamızın müdafiəçisi Ruslan Abışovun keçidini demək olar həll edib və yaxın günlərdə “Xəzər Lənkəran”ın üzvü ilə müqavilə imzalayacaq.
