21 yanvar 2013 17:36
Qandzasar Limak Atlantisin başqa korpusuna köçürüldü
Ermənistanın “Qandzasar” klubu “Limak Atlantis” otelinin digər korpusuna köçürülüb. Azerisport.az xəbər verir ki, bu gün Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Simurq”un məskunlaşdığı otelə gələn Ermənistan klubunun burda məksunlaşması Zaqatala təmsilçisinin kəskin narazılığına səbəb olmuşdu.
Klub rəhbərliyi dərhal otel işçilərindən ermənilərin oteldən çıxarılmasını, əks halda özlərinin heç bir pul ödəmədən başqa otelə köçəcəklərini bildirmişdi. Amma göründüyü kimi, “Limak Atlantis” rəhbərliyi sonda məhz “Simurq”un lehinə qərar verib və Ermənistan klubunu otelin başqa ünvanda olan korpusuna yerləşdirib.
