21 yanvar 2013 17:51
Ruslan Abışov Rubinlə 3-4 illik müqavilə bağlayacaq
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışov Rusiyanın “Rubin” klubu ilə 3 və ya 4 illik müqavilə imzalayacaq. Azerisport.az xəbər verir ki, 24 yaşlı futbolçu indi vətənə qayıtmağa hazırlaşır.
Bir neçə gün sonra isə o, yenidən Kazana yollanacaq. Bu zaman tibbi müayinədən keçəcək futbolçumuzla müqavilə bağlanacaq.
Qeyd edək ki, bu gün Türkiyə toplanışını başa vuran Kazan klubunun növbəti hazırlıq prosesi İspaniyada baş tutacaq. Yanvarın 28-də start götürəcək həmin toplanışda Abışovun da iştirakı gözlənilir.
