21 yanvar 2013 18:00
Cavid İmamverdiyev Kiyev Dinamosunun düşərgəsinə yollandı
Antalya hazırlığını davam etdirən “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev Kiyevə yola düşüb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
“Ağ-qaralar”ın yetirməsi tibbi baxışdan keçdikdən sonra “Dinamo” Kiyev klubunun düşərgəsində yer alan Artyom Milevski, Yusuff və digər futbolçuların yer aldığı tanışlıq məqsədli məşqlərdə iştirak edəcək. İki klub arasında danışıqlar davam edir.
