21 yanvar 2013 18:49

Kurban Berdıyev: Abışov il yarım idi izləyirdik

Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandasında ilk oyuna çıxmasından, eləcə də şanslarından danışıb.
 
- Abışovun cəmi 28 dəqiqə oynaması bizim üçün bir qədər təəccüblü oldu...
- Mənim üçün isə yox. Biz bilirdik ki, o, yarım saatdan çox oynamayacaq. Çünki məşqçilər korpusu onsuz da Ruslanın nəyə qadir olduğunu bilir.
 
- “Rubin” Abışovla nə vaxt müqavilə bağlayacaq?
- Kazanda tibbi müayinədən keçəndən sonra hər şeyə aydınlıq gələcək.
 
- Amma biz bildiyimizə görə, Abışov baxışa yox, birbaşa müqavilə bağlamağa gəlmişdi...
- Belə də demək olar. Amma tam yox. Necə də olmasa, tibbi müayinə və digər məsələləri yoluna qoymaq lazımdı.
 
- Abışov “Rubin”də kimi əvəzləyəcək?
- Abışovda ən müsbət keyfiyyətlərdən biri onun çoxfunksiyalı futbolçu olmasıdı. Çünki müxtəlif mövqelərdə oynaya bilir. Onun kimi əvəzləyəcəyi isə işin gedişində bəlli olacaq.
 
- Düşünmürsüz ki, onun yeni komandasına uyğunlaşmaqla bağlı problemi ola bilər?
- Biz onu uzun müddətdi izləyirik. Oyunlarına baxırdıq, maraqlanırdıq. Bütün lazım olan informasiyaları əldə etmişik. Yaxşı, keyfiyyətli oyunçudu. Problem olmamalıdı.
 
- Onu təxminən nə vaxtdan izləyirdiniz?
- İl yarım olar. Bizə qarşı yoxlama oyunu keçirdiyi dövrdən etibarən.
 
- Digər azərbaycanlı futbolçularla maraqlanmırsız?
 Mənim bu barədə müəyyən fikirlərim var. Ad çəkmək istəmirəm. Amma gələcəkdə mümkündü ki, daha bir azərbaycanlı futbolçu ilə güclənək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.