21 yanvar 2013 19:16
Orxan Əliyev Trabzonspora gedəsi olmadı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Orxan Əliyevin Türkiyənin “Trabzonspor” klubuna baxışa yollanmaq istəyi baş tutmayıb. Azerisport.az xəbər verir ki, buna gənc hücumçunun zədə alması səbəb göstərilir.
U-19-la birgə Sankt-Peterburqda keçirilən Valentin Qranatkin turnirində çıxış edən “Sumqayıt”ın futbolçusu ordan zədəli qayıdıb. Bu üzdən onun Trabzona getmək istəyi alınmayb.
Qeyd edək ki, “Sumqayıt”ın digər futbolçuları – Ruslan Nəsirli ilə Şamil Camaləddinov isə Türkiyəyə yollanıblar. Onların “Trabzonspor”dakı aqibətinə yaxın bir həftə ərzində aydınlıq gələcək.
Əliyevin isə Türkiyə klubuna yayda getməsi gözlənilir.
