21 yanvar 2013 19:50
Xəzər Lənkəran iki itki ilə məşq edir (FOTO)
Bir günlük istirahətdən sonra “Xəzər Lənkəran” bu gün yenidən məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, səhər məşqində məşqçilər korpusu futbolçulardan test götürdükdən sonra toplu çalışmalar üzərində müxtəlif təmrinlər yerinə yetirilib.
Hazırda komandanın iki üzvü - Eder Bonfim və Dimitrios Sialmas zədələrini bərpa etdiyindən toplu çalışmalara qatıla bilmir və məşqlərini otelin fitnes salonunda edirlər. “Xəzər Lənkəran”ın tibb korpusu hər iki futbolçunun yaxın zamanda komandaya qoşulmasını təmin etmək üçün bütün səylərini göstərir.
