21 yanvar 2013 20:01
Yığmamızın rəqibinin heyəti açıqlandı
Fevarlın 6-da İspaniyanın Marbelya şəhərindəki “Munisipial” stadionunda İslandiya yığması ilə yoldaşlıq oyunu keçirəcək Rusiya millisinin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün qrup mərhələsində millimizin rəqibi olan Rusiya millisi yoldaşlıq görüşünə 26 futbolçu ilə hazırlaşacaq:
Qapıçılar: İqor Akinfeyev (SSKA), Vladimir Qabulov (“Anji”), Anton Şunin (“Dinamo” Moskva)
Müdafiəçilər: Aleksandr Anyukov (“Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Sergey iqnaşeviç, Kirill Nababkin (hamısı - SSKA), Vladimir Qranat (“Dinamo” Moskva), Andrey Yeşenko, Yuriy Jirkov (hər ikisi - “Anji”)
Yarımmüdafiəçilər: Vladimir Bıstrov, İqor Denisov, Viktor Fayzulin, Roman Şirokov (hamısı - “Zenit”), Alan Dzaqoyev (SSKA), Denis Qluşakov, Aleksandr Səmədov (hər ikisi - “Lokomotiv”), Oleq İvanov, İqor Lebedenko (hər ikisi - “Terek”), Dmitri Kombarov (“Spartak”, Moskva), Aleksandr Ryazançev (“Rubin”)
Hücumçular: Maksim Qriqorov (“Lokomotiv”), Aleksandr Kerjakov (“Zenit”), Aleksandr Kokorin (“Dinamo” Moskva), Fyodor Smolov (“Anji”)
