21 yanvar 2013 20:37
Simurqun Antalya toplanışı davam edir
Antalyada qış təlim-məşq toplanışının ikinci mərhələsinə start verən "Simurq" bu gün növbəti məşqə çıxıb. Azerisport.az xəbər verir ki, səhər idmanı saat 11:00-da baş tutub.
İki saata yaxın davam edən hazırlıqdan öncə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlara tapşırıqlarını verib. Daha sonra yungül qaçış və isinmə hərəkətlərin yerinə yetirilib.
Bundan sonra meydanın mərkəzində qısa ötürmələr üzərində çalışılıb və qruplara bölünərək taktiki tapşırıqlar yerinə yetirilib. Məşqin sonunda isə qapıya zərbələr üzərində çalışılıb.
