21 yanvar 2013 20:56
Kəpəzin zədəlilər sıraya döndü
"Ötən həftə zədə üzündən komanda yoldaşlarından ayrı düşərək fərdi məşqlər edən Xəyal Zeynalovla Emin Əliyevin vəziyyəti düzəlib və adı qeyd olunan futbolçuların sağlıq durumunda hər hansı bir problem yoxdur". Azerisport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in həkimi Şıxəli Həsənov bildirib.
O, Əliyevin "Qaradağ Lökbatan"a qarşı yoxlama görüşündə forma geyindiyini, Zeynalovun isə dünəndən etibarən komanda ilə birgə məşqlərə qoşulduğunu əlavə edib. Xatırladaq ki, gənc yarımmüdafiəçi sol diz oynağındakı ağrılardan əziyyət çəkib. Komandanın qolkiperi isə əzələsində dartılma olduğu üçün bir müddət ümumi məşqlərə qoşula bilməyib. (klub saytı)
