21 yanvar 2013 11:23

Ramin Musayev: Oğlumun Qarabağa keçdiyini transfer rəsmiləşdiyi gün bildim

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin azerisport.az saytına müsahibəsi
 
- Artıq üçüncü ildi ki, hakimlərin xaricdə təlim-məşq toplanışları keçirilir. Bu hazırlıqlarda hansı səhvlər üzərində daha çox işlənilir?
- Hakimlik futbolda önəmli amillərdən biridi. Ona görə də, AFFA imkan düşdükcə hakimlərin təlim-məşq toplanışlarını təşkil etməyə çalışır. Fiziki hazırlığa diqqət yetilir. FİFA-nın instruktoru Valentin İvanovla birgə səhvlər analiz olunur. Xüsusilə də, mübahisə olunan səhvlər. Biz artıq hakimliyimizin səviyyəsinin qalxdığını deyə bilərik. Səhvlər olur. Amma onlar ciddi cəzalara gətirib çıxarmırlar.
 
- Klublarımızın Antalyada neçə oyununu izləmisiz?
- 2-3 oyuna baş çəkmişəm. Amma təəccübləndiyim heç nə olmayıb. Klublar məşq edirlər, oynayırlar. Hiss olunur ki, təzyiq var. Çünki əksər klublar ilk altılığa düşməyə çalışırlar. Təəssüf doğuran məqam ondan ibarətdi ki, yeni transferlər yoxdu.
 
- Əvvəlki illərdə olduğu kimi, bu mövsüm də klublarımız çoxlu baş məşqçi dəyişikliklərinə əl atırlar...
- Mən artıq klublarımızın hərdən qeyri-peşəkar addım atdıqlarını demişəm. Daha sonra isə öz səhvlərini PFL-in adına çıxırlar. Bu vəzifəyə klubdan gəlmişəm. Necə işləmək lazım olduğunu da yaxşı bilirəm.
 
- Klublarımızdan biri cəmi üç gün öncə müqavilə bağladığı futbolçu ilə yollarını ayırıb...
- Bundan xəbərim yoxdu. Bəlkə, futbolçu zədəli imiş? Ya da başqa hansısa amil olub?
 
- Oğlunuz Elvin Musazadənin “Qarabağ”a keçidi çoxlu söz-söhbətlərə səbəb oldu. O, artıq yeni komandasında qol da vurmağa imkan tapıb. Bütün bunlara münasibətinizi bilmək istərdik...
- Nəzərə alsaq ki, məni klublar seçiblər, istənilən komandaya müraciət edib deyə bilərdim ki, oğlumu götürsünlər. Özü də ilk növbədə keçmiş komandam “Neftçi”yə müraciət edərdim. Düzünü bilmək istəyirsiz? Mən Elvinin futbolçu olmasını istəmirdim. Amma o, məhz bu idman növü ilə məşğul olmağa qərar verdi. Mən onun “Qarabağ”a keçdiyini yalnız transferin rəsmiləşdiyi gün bildim. Onu da etiraf edim ki, bütün bu artıq söhbətlər məni  narahat etmir. Yalnız onu bilirəm ki, mənə görə o, bu və digər problemlərlə üzləşir.
 
- Demək istəyirsiz ki, PFL prezidenti olmağınız Elvinin çıxışına təsir göstərir?
- Onun üzərində təzyiq yoxdu. Məsələn, “Qarabağ”dakı ilk oyununda pis çıxış etmədi, qol vurdu. Qurban Qurbanov da sağ olsun ki, ona şans verdi. Etiraf edim ki, Elvinin nə vaxtsa Qurbanovun çalışdırdığı bir komandada oynayacağını gözləyirdim. Çünki o, gənc futbolçularımıza şans verir. Ona görə də, Toğrul Bilallının vurduğu qola necə yanaşıramsa, Elvinin də qoluna eyni münasibətdəyəm.
 
- Həmin oyundan sonra demişdiniz ki, siz o vaxt sevinəcəksiz ki, Elvin çempionatda ilk qolunu vuracaq. Bəs nə vaxt razı qalacaqsız?
- Yığma komandaya düşəndə. Hər şey özündən asılıdı.
 
- Bu günlərdə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev belə bir ifadə işlədib ki, yığmamızın çalışdırıcısı Berti Foqtsa hazır siyahı təqdim edirlər. Yəni heyəti özü müəyyənləşdirmir...
- Mən belə olduğunu düşünmürəm. Ola bilsin ki, Hacıyev seleksiyaçı-məşqçilərin Foqta hazır siyahı təqdim etməsini nəzərdə tutub.
 
- Bəzi klub məşqçilərinin transferlərdən xüsusi qazanc əldə etdiyi bildirilir...
- Hansı məşqçi belə edir ki? Belə bir şeyin mümkünlüyünə inanmıram. Amma əgər baş versə, dərhal bu məsələnin müzakirəyə çıxarılmasını tələb edərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.