21 yanvar 2013 12:14
İki futbolçu Rəvandan getdi
"Rəvan" futbol klubu heyəti gücləndirməklə yanaşı, məşqçiyə lazım olmayan futbolçularla yolları ayırır. Azerisport.az xəbər verir ki, artıq Nemanya Vidakoviç və Frensis Bosman bu klubun üzvü sayılmır.
Serbiyalı və qanalı futbolçularla müqavilə qarşılıqlı razılıq əsasında rəsmən pozulub. Qeyd edək ki, Vidakoviç bir, Bosman isə yarım il bu komandaya xidmət edib.
