21 yanvar 2013 12:44

AFFA və FIFA prezidentləri arasında görüşdə nələr müzakirə olunub? (FOTOLAR)

AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə FIFA-nın prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilmişdir. Azerisport.az xəbər verir ki, son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə beynəlxalq futbol qurumunun rəhbərinə məlumat verən AFFA-nın prezidenti bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd etdi. Bildirdi ki,  Respublika Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə  ötən il  ölkəmizdə 17 yaşadək qadınlararası Dünya Çempionatı lazımi səviyyədə təşkil olundu. Bununla yanaşı son illər infrastrukturun genişləndirilməsi istiqamətində də xeyli işlər görülüb. AFFA tərəfindən beynəlxalq standartlara cavab verən 8 KM stadionu və Bayıl stadionu istifadəyə verilib və ölkəmizin müxtəlif ərazilərində  yeni stadionlar inşa olunur.
 
 Bakı şəhərində tikilən Olimpiya, Sumqayıt və Qəbələ şəhər stadionları barədə FIFA prezidentinə ətraflı məlumat verildi. Qeyd olundu ki, AFFA bundan sonra da beynəlxalq futbol qurumu ilə əməkdaşlığını daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışacaq.
 
Regionda ilk dəfə olaraq ötən il ölkəmizdə keçirilən FIFA U-17 qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin yüksək səviyyədə təşkilinə dəstək verdiyinə görə Respublika Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirən FIFA prezidenti Yozef Blatter  AFFA rəhbərliyinin bu sahədə fəaliyyətindən razı qaldığını qeyd etdi. Bildirdi ki FIFA-nın regionda əsas tərəfdaşlarından birinə çevrilən AFFA digər beynəlxalq yarışları da təşkil etməyə hazır olduğunu təsdiqləyib: "FIFA U-17 qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin təntənəli  açılış mərasimində iştirak etdikdən və dövlət başçısı İlham Əliyevlə görüşdən sonra bir daha təsdiqlədim ki,  ölkənizdə  insan sağlamlığının ilkin mənbələrindən olan idmanın tərəqqisinə böyük diqqət yetirilir. Dünya çempionatının belə möhtəşəm şəkildə keçirilməsinin gələcəkdə digər ölkələr üçün nümunə hesab ediləcəyinə əminəm. Bir sözlə,  FIFA-nın 17 yaşadək qadınlararası Dünya Çempionatının ilk dəfə olaraq müsəlman ölkəsində - Azərbaycanda keçirilməsi ilə bağlı etimadını doğrultduğuna görə ölkənizin ictimaiyyətini təbrik edir və belə yarışlara ev sahibliyi etmək üçün təklifinizi daim yüksək dəyərləndirəcəyimizi bildiririk".
 
Azərbaycanda inşa olunan stadionların maketləri ilə bağlı hazırlanan  məlumatlar əyani olaraq FIFA rəhbərliyinə təqdim olunduqdan sonra xatirə şəkli çəkdirildi. Görüşdə FIFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier, FIFA-nın üzv assosiasiyalar və inkişaf üzrə direktoru Thierry Regenass və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.