21 yanvar 2013 12:57
İnterin Antalya toplanışı davam edir (FOTOREPORTAJ)
"İnter"in Türkiyədəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, komandanın ötən gün baş tutan məşqindən öncə komandanın direktoru Natiq Məmmədov 20 Yanvar faciəsinin 23-cü ildönümü olduğunu bildirib və qanlı hadisələrdə həlak olmuş insanların xatirəsini bir qəqiqəlik sükutla yad olunmasını xahiş edib.
Komandanın baş məşqçisi Kaxaber Tsxadadze də "İnter" komandasının məşqçi heyəti və futbolçuları adından Azərbaycan xalqına başsağlığı verib, həlak olmuş insanlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyib. Bir dəqiqəlik sükutdan sonra komanda məşq prosesinə başlayıb. Səhər məşqində futbolçular isinmə hərəkətlərilə yanaşı, müxtəlif fiziki hərəkətləri də yerinə yetiriblər.
