21 yanvar 2013 13:04
Cavid oynadı, komandası evdə uduzdu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə PTT Birinci Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 18-ci turu çərçivəsində “Boluspor” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də Adana təmsilçisi görüşdən mütləq qələbə ilə ayrılmağı hədəfləmişdi. Lakin həmyerlimizin komandası minimal hesablı məğlubiyyətlə barışmalı olub.
Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. O, qarşılaşmanın 56-cı dəqiqəsində oyuna daxil olub. Lakin Hüseynov komandasına kömək edə bilməyib.
“Adana Demirspor” hazırda 27 xalla 18 komanda arasında 6-cı yerdədi.
Türkiyə PTT birinci liqası
18-ci tur
20 yanvar
Adana Demirspor – Boluspor - 0:1
