21 yanvar 2013 13:14
Simurqun düşərgəsinə bu gün iki hücumçu qoşulacaq
“Simurq” Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Zaqatala klubu hazırlıqlarla yanaşı yeni futbolçuları da sınamaqdadı.
Bu gün bölgə təmsilçisinin düşərgəsinə daha iki legioner qoşulacaq. Onların hər ikisinin hücumçu olduğu bildirilir. Bu futbolçulardan biri Norveç, digəri isə Kipr çempionatında çıxış edir. Hansı kluba məxsus olduqları və kimlikləri haqda isə heç bir məlumat verilmir.
