22 yanvar 2013 01:14
Afrika Millətlər Kuboku: Heç-heçələr günü
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin üçüncü oyun günündə C qrupu çərçivəsində iki oyun baş tutub.
Zambiya Efiopiya millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsində 2 qol vurulsa da, qalib müəyyənləşməyib.
Günün digər oyununda da oxşar heç-heçə qeydə alınıb. Nigeriya Burkina Faso ilə xalları yarı bölüb.
Qeyd edək ki, dördüncü oyun günündə D qrupu çərçivəsində Fil dişi sahili Toqo, Tunis isə Əlcəzair ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
C qrupu
21 yanvar
Zambiya – Efiopiya – 1:1
Nigeriya - Burkina Faso – 1:1
